Ermənistanda hərbçilər yol qəzasına düşüb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib. “Nissan” və “QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.Yaralılar xəstəxanaya aparılıb.Faktla bağlı cinayət işi açılıb.Müdafiə Nazirliyi məlumatı şərh etmir.