AZ

Polşa Gürcüstan və Ermənistan vətəndaşları üçün vizasız rejimi məhdudlaşdıra bilər

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Polşa hökuməti bir sıra ölkələrin, o cümlədən Gürcüstan və Ermənistan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin məhdudlaşdırılmasını nəzərdən keçirir.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk açıqlama verib.

O, bu bəyanatı ötən həftə Rusiya tərəfindən təşkil olunmuş diversiya aktlarında iştirak etməkdə şübhəli bilinən 32 ölkənin vətəndaşının saxlanmasından sonra verib.

Bildirilib ki, məhdudiyyətlərin tətbiqi Gürcüstan, Ermənistan, Venesuela və Kolumbiya vətəndaşlarına aid ola bilər.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
3
bakivaxti.az

4Mənbələr