Bakı.Trend:
Avqust ayının 5-də Dövlət Sərhəd Xidməti aparatında BaşProkurorluqla birgə “Korrupsiyaya qarşı mübarizəningücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli FəaliyyətPlanı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Trend xəbərverir ki, bu Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və BaşProkurorluğunun nümayəndələri iştirak etmiş, mövzu ətrafında fikirvə təcrübə mübadiləsi aparıblar.
Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsindəinkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfihalların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eynizamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükəyaratdığını vurğulayıb, hüquqi, demokratik dövlət quruculuğuprosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri dəsarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeydediblər.
Bildirilib ki, müstəqillikdən sonra Ümummilli Lider HeydərƏliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizəsiyasətinin Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindənqətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizəninhüquqi bazası möhkəmləndirilmiş, dövlət orqanlarının fəaliyyətindəşəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimainəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısınınalınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilib, vətəndaşməmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətindəmühüm işlər görülüb.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə dəprofilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb,korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsiaparılıb.