AZ

İlham Əliyevin bu səfəri yeni səhifə açacaq

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb”.

"Cebheinfo.az"  xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib:

“Vaşinqtonın əvvəlki administraisya dövründə zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar vardır.

Ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb.  2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub.

Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq.

Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verməkdədir.

Bu cənab İlham Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi. Bütün bunlar kontekstində, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün - avqustun 6-da Birləşmiş Ştatlara səfəri yalnız ABŞ Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq”.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
cebheinfo.az

10Mənbələr