AZ

Sabah 41 dərəcə isti olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Finss.az bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə +25 dərəcədən +29 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək, dağlarda gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Seçilən
58
49
fins.az

10Mənbələr