ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna gecə saatlarında Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna edilən hücumu təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 avqust 2025-ci ildə Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasında məqsədyönlü şəkildə hücum edib.
Diqqətə çatdırılıb ki, sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.
Məlumata görə, stansiyaya dronlar vasitəsilə hücum edilib.
Hadisə yerinə mütəxəssislər cəlb olunub və onlar dəyən ziyanın həcmi ilə bağlı hesablamalar aparırlar.
Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji təsisatlarını hədəf almasından sonra heç bir nəticə ilə üzləşməyəcəyi təqdirdə, Avropadakı infrastrukturun da təhlükədə olacağı ilə bağlı xəbərdarlıq edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.