ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.
“Liverpul”un hücumçusu Darvin Nunes klubdan ayrılmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu uruqvaylı futbolçunun transferi ilə bağlı “Liverpul”la tam razılıq əldə edib.
İddiaya görə, transferin əsas məbləği 53 milyon avrodur, lakin bonus ödənişləri ilə bu rəqəm artıra bilər.
Hazırda “Əl-Hilal” nümayəndələri 26 yaşlı Nuneslə şəxsi müqavilənin şərtlərini müzakirə edir. Uruqvaylı futbolçunun yaxın günlərdə Səudiyyə Ərəbistanına keçid üçün razılıq verməsi gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.