AZ

Şahdəniz Kompressiya və Səngəçal Terminalının Elektrikləşdirilməsi layihələri üçün mühəndis-layihələndirmə və təchizat müqavilələri imzalandı

Bakı. Trend:

bp Şahdəniz qaz və kondensat yatağının işlənməsi layihəsinin vəSəngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləriüzrə iki iri müqavilənin imzalandığını məmnuniyyətlə elan edir.Müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatəedən bu müqavilələr SOCAR-KBR birgə müəssisəsinə verilib. Bupodratçı müqavilələri Şahdəniz Kompressiya (ŞDK) və SəngəçalTerminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçünmühüm bir mərhələdir.

Bu podratçı müqavilələri həmçinin 3 iyun 2025-ci il tarixindəBakı Enerji Həftəsi zamanı Yekun İnvestisiya Qərarı (YİQ) elanolunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm birirəliləyişdir.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və ŞimaliAfrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: “ŞDK və STELlayihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunubölüşməkdən çox məmnunam. İyun ayının əvvəllərində qəbul edilmişYİQ-lərin ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıqvə SOCAR-KBR birgə müəssisəsi ilə iki əsas podratçı müqaviləsiimzaladıq. SOCAR-KBR şirkətinin Xəzər regionunda oxşar layihələrdətəsdiqlənmiş təcrübəsi, o cümlədən ŞDK layihəsi üzrə əvvəlki işləriuğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olmuşdur.

Bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsədərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, davamlıəməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz,rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyatakeçiriləcək.”

ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinqdəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bumüqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağıplanlaşdırılır.

İş həcminə aşağıdakı qurğuların tikintisi üzrəmühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədənquraşdırmaya hazırlıq, istismara vermə və əməliyyat hazırlığıdaxildir:

  • ŞDK platforması üçün üst tikililər;
  • ŞDK platforması üçün dayaq bloku və payalar;
  • Quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa,Şahdəniz Bravo və Səngəçal Terminalı);
  • Sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sisteminlayihələndirilməsi üzrə mühəndislik işləri.

STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinqdəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bumüqavilə çərçivəsində işlərin 2028-ci ildə başa çatacağıplanlaşdırılır.

Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsizenerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədiləSəngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcudobyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirməvə təchizat üzrə dəstək xidmətlərini əhatə edir.

Məqalədə:
Seçilən
30
7
az.trend.az

2Mənbələr