AZ

14 yaşlı qız pişiyinə görə 5 ci mərtəbədən yıxıldı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin Samsun şəhərində bədbəxt hadisə yaşanıb. Demokrat.az xəbər verir ki, Atakum bölgəsində binanın 5-ci mərtəbəsində yaşayan Z.E.A. adlı 14 yaşlı qız pişiyini tutmaq istəyərkən az qala canından olub. Bildirilib ki, qız 7 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq torpaq əraziyə düşərək yaralanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralanan Z.E.A-ya ilkin müdaxilə göstərildikdən sonra o Ondokuz Mayıs Universitetinin Tibb fakültəsi xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
demokrat.az

3Mənbələr