AZ

İlin ilk yarısında təsərrüfatlara dəymiş zərərə görə 4 milyon 435 min manat sığorta ödənişi edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı artmaqdadır. Eyni zamanda, aqrar sığorta ödənişlərinin məbləği və ödəniş edilən məhsulların və bölgələrin siyahısı genişlənir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min AZN, yəni ötən ilin eyni dövrünə nisbətdə 18 faiz artıq sığorta haqqı toplanılıb. Bitkiçilik üzrə sığorta haqqı 13 faiz, heyvandarlıq üzrə sığorta haqqı isə 65 faiz artıb.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artıq olub.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il, eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 faiz artıb.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manata çatıb.

2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faizi), sel-subasma (15 faiz), fırtına

(17 faiz) və leysan (2 faiz) halları olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk 6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
azertag.az

10Mənbələr