AZ

Dinçer Günerdən bürclərə xəbərdarlıq: Yarım qalan işləri tamamlayın

Türkiyəli astroloq Dinçer Güner bütün bürclərə aid proqnozlarını bölüşüb.

Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, Ay gün boyu Oğlaq bürcündə hərəkət edəcək, bu da bürclərin gündəminə karyera, status və məsuliyyətli qərarları gətirəcək.

Güner bildirib ki, görüləcək işlərin siyahısını hazırlamaq və uzun müddətdir təxirə salınan işləri həll etmək üçün ideal zamandır.

O, həmçinin qeyd edib ki, bu dövrdə ünsiyyət daha ciddi və rəsmi xarakter daşıyacaq. Karyera və maliyyə ilə bağlı real addımlar, rəhbərlərlə görüş və layihələrin tamamlanması üçün əlverişli enerjilər hakimdir.

Vaxtı keçmiş hesabları ödəmək, evinizi və ya ofisinizi səliqəyə salmaq, rəsmi işlərlə məşğul olmaq kimi konkret və praktiki tapşırıqlar üçün əla vaxtdır.

Seçilən
5
publika.az

1Mənbələr