Bakı.Trend:
Bolqarıstanın “Levski” klubu Konfrans Liqasının təsnifatmərhələsinin 3-cü turunun Sofiyada “Sabah” klubuna qarşıkeçiriləcək ilk oyununa itki ilə çıxacaq.
Trend “TemaSport”a istinadən xəbər verir ki, meydan sahiblərinə, yəqin ki,"Braqa" ilə matçda zədələnən yarımmüdafiəçi Georgi Kostadinov köməketməyəcək.
Tibbi heyət bolqarlar üçün ən vacib oyunçunu hazırlamaq üçünəlindən gələni etsələr də, bunun mümkün olmayacağı, risk etməkehtimalı çox azdır.
"Levski" - "Sabah" matçı avqustun 7-də Georgi Asparuhov adınastadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:00-da startveriləcək.