AZ

Sabiq məmurun inanılmaz sərvəti üzə çıxdı - ADLAR

  Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”​na sahib olduğu məlum olub. 12 milyonluq

korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

Referans  xəbər verir ki, Qafqazinfo dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.

Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alıXətai rayonunda - Ağ

Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;

Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;

Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

Xəzər rayonu, Şüvələn qəsəbəsi - biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

Pirallahı rayonunda - bağ evi;

Xəzər və Qusar rayonlarında - torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən

böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

Seçilən
114
17
referans.az

10Mənbələr