AZ

Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala 153 milyon manatdan çox investisiya qoyulub

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitəsektoru üzrə əsas kapitala 153,4 milyon manat investisiyayönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 66,3 mmilyon manat və ya 30,2% azalıb.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 1,9%-ə bərabər olub.

Hesabat dövründə bu göstəricinin 139,9 milyon manatlıq hissəsiisə yalnız rabitə sektoru üzrə əsas kapitala yönəldilmişinvestisiyalar təşkil edib. Bu da 2024-cü ilin ilk 6 ayındakıgöstəriciyə nisbətən 58,2 milyon manat və ya 29,4% azalmademəkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiyayönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb.

Seçilən
61
30
az.trend.az

10Mənbələr