“Liverpul”un hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanına köçməyə yaxındır.
Msport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi ölkənin aparıcı klublarından olan “Əl-Hilal”la Nunyesin transferi barədə razılıq əldə edib.
Hazırda tərəflər arasında yalnız şəxsi müqavilə şərtlərinin razılaşdırılması qalıb.
26 yaşlı futbolçu 2022-ci ilin yayında “Liverpul”a qoşulub. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2027-28 mövsümünün sonuna qədərdir.