AZ

Tramp və İlham Əliyev görüşünün saatı AÇIQLANDI

Cümə günü ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Cebheinfo.az”-ın xəbərinə görə, Ağ Ev rəsmisi “The Washington Post”-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi Trampla görüş zamanı elan edilə bilər.

“Washington Post” tərəflərin bir neçə ay əvvəl razılaşdırılmış sülh müqaviləsini imzalayıb-imzalamayacağını, yoxsa bunun sadəcə, şifahi bir bəyanat  olduğuna aydınlıq gətirməyib.

Qeyd edilir ki, Tramp cümə günü Vaşinqton vaxtı ilə saat 2:30-da Ermənistanın Baş naziri, 50 dəqiqə sonra isə Azərbaycan Prezidenti ilə görüşəcək. Bundan sonra hər iki ölkə liderinin iştirakı ilə bəyanatla çıxış edəcək.

Seçilən
46
50
cebheinfo.az

10Mənbələr