AZ

Zelenski Kursk döyüşlərindən unikal kadrlar paylaşdı - Video

Kursk əməliyyatı həqiqətən xüsusi idi. Dünya kəşfiyyatı bunu proqnozlaşdırmamışdı. Ruslar bunu gözləmirdilər. Dünyada çoxları vəziyyətin çıxılmaz vəziyyətdə olduğunu düşünəndə ukraynalılar müstəqilliklərini müdafiə etməyə davam edəcəklərini və Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəklərini göstərdilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski Kursk əməliyyatının ildönümü ilə bağlı Teleqram kanalında bildirib.

“Hər bir əsgərə, çavuşa və zabitə, Kursk vilayətindəki tapşırıqlarda iştirak edən hər kəsə təşəkkür edirəm. Bizim Sum və Xarkov vilayətlərinə Rusiyanın növbəti genişmiqyaslı hücumunun qarşısını alan hər kəsə. Biz Ukraynanı müdafiə edirik. Biz Ukrayna uğrunda döyüşlərdə canını verən hər kəsi yad edirik”, - Zelenski qeyd edib.

Ukrayna prezidenti Kursk əməliyyatından unikal görüntülər paylaşıb.

Seçilən
8
2
axar.az

10Mənbələr