AZ

® “Access2Success” artıq regionlarda — “AccessBank”dan Zaqatalada qadın sahibkarlara dəstək

Azərbaycanda qadın sahibkarlığının inkişafına ardıcıl dəstək göstərən “AccessBank” bu dəfə “Access2Success” layihəsinin ilk regional tədbirini Zaqatalada uğurla həyata keçirib.

Tədbirdə 15 yerli sahibkar xanım iştirak edib.

“Access2Success” layihəsinin məqsədi — qadınların biznes bacarıqlarını inkişaf etdirmək, onların iqtisadi müstəqilliyini gücləndirmək və lider qadın modelinin formalaşmasına töhfə verməkdir.

Tədbir çərçivəsində “AccessBank”ın mütəxəssisləri emosional zəka və maliyyə savadlılığı, sahibkarlığın hüquqi çərçivəsi və biznes mühitində yoxlamalar, rəqəmsal marketinq və şəxsi brendin qurulması kimi mövzularda iştirakçılara maarifləndirici sessiyalar təqdim etdilər. Təlim proqramını uğurla başa vuran iştirakçılara “AccessBank” tərəfindən sertifikatlar təqdim olunub.

Bu təşəbbüs bir daha göstərdi ki, qadınlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəal və uğurlu şəkildə iştirak edir, onlara yönəlmiş davamlı və sistemli dəstək isə bu uğurların genişlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, “Access2Success” layihəsinə “AccessBank” tərəfindən 2022-ci ildən start verilib. Layihə çərçivəsində qadın sahibkarlara strateji planlaşdırma, böhranların idarə olunması, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq sahələrində dərin biliklər aşılanır. Bank layihəni genişləndirməyi və digər regionlarda daha çox qadın sahibkara dəstək göstərməyi hədəfləyir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-si bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Seçilən
11
5
azertag.az

6Mənbələr