AZ

MN-dən Kəlbəcərdə hərbi yük avtomobilinin minaya düşməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
42
moderator.az

10Mənbələr