Avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.