AZ

Neftçi dən ayrılan futbolçunun “Araz Naxçıvan”a keçidi baş tutmayıb SƏBƏB

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Neftçi”dən ayrılan futbolçu Höccət Haqverdinin “Araz-Naxçıvan”a keçidi baş tutmayıb.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Naxçıvan təmsilçisi ilə danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Baş məşqçi Elmar Baxşıyevin futbolçunu gələcək planlarına daxil etməsinə baxmayaraq, Haqverdi UEFA Konfrans Liqasında iştirak imkanından yararlanmaq istəməyib.

O, daha əvvəl Azərbaycandakı ilk klubu “Sumqayıt”ın da təklifini geri çevirib. Hazırda klubsuz olan futbolçu bir Premyer Liqa klubu və bir xarici komanda ilə danışıqlar aparır.

Qeyd edək ki, Höccət Haqverdi sonuncu dəfə 2023-cü ildə Azərbaycan millisinin heyətinə dəvət alıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
icma.az

3Mənbələr