AZ

Dəyişimi ilə təəccübləndirən qida mütəxəssisindən vacib TÖVSİYƏLƏR - FOTO

"Çəkini azaltmaq nə qədər asan olsa da, qorumaq bir o qədər çətindir".

Ölkə.Az xəbər verir ki, bu sözləri qida mütəxəssisi, nutrisionist Fərid Səfərov qeyd edib. O, 10 il ərzindəki dəyişiminin fotosunu paylaşaraq insanlara sağlam qidalanmaqla bağlı tövsiyə verib:

“10 il fərq ilə mən! Bu fotonu bir neçə dəfə paylaşmışam və çox müsbət rəylər eşitmişəm.

Təkrar- təkrar paylaşmaqda məqsədim sizlərə az da olsa motivasiya vermək və hər kəsə sağlamlıq yolunda maksimum dəstək olmaqdır.
Çəkini azaltmaq nə qədər asan olsa da, çəkini qorumaq bir o qədər çətindir.

Mən öz sağlam çəkimi qorumaq üçün nə edirəm?

- balanslı şəkildə qidalanıram (yağ, zülal və karbohidrat).
- fiziki aktivliyimi maksimum qorumağa çalışıram.
- yuxu rejiminə riayət edirəm. 
- stressdən uzaq olmağa cəhd göstərirəm.
- fəsildən asılı olmayaraq su qəbulunu azaltmıram.
- süni şəkərdən uzağam.
- spirtli içki və pis vərdişlərdən tamamilə uzağam.
- şirin qazlı və enerji içkiləri içmirəm.
- əla növ undan hazırlanan çörək və un məmulatları qəbul etmirəm.
- paketlənmiş qidalar və hisə verilmiş məhsullardan uzağam.
- fast food və küçə yeməkləri qida rasionumda yoxdur.
- konservləşdirilmiş heç bir qidanı istifadə etmirəm.

Xülasə, itirdiyim çəkini 10 ildən çoxdur ki, qoruyuram. Sadəcə özünə və gücünə inan, vəssalam. Sağlam qidalanaraq sağlam yaşayın”, - deyə o qeyd edib.

Billurə Yunus


 

Seçilən
26
1
olke.az

2Mənbələr