AZ

Naxçıvanda son 2 ayda 58 nəfərə günvurma diaqnozu qoyulub

Naxçıvan Muxtar Respublikasında günvurma hallarının sayı artıb.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə ümumilikdə 58 nəfər tibb müəssisələrinə müraciət edib.

Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanların, uşaqların və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.

Bildirək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.

"Cebheinfo.az" 

Seçilən
9
18
cebheinfo.az

10Mənbələr