AZ

“Qarabağ” səfərdə qələbə qazandı Yenilənib Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

İlk görüş səfərdə baş tutacaq. “Todor Proeski” stadionunda keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər.

Qurban Qurbanovun komandası ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivini hər iki oyunda məğlub edib. “Şkendiya” da Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlib.

Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun

5 avqust

22:00. “Şkendiya” – “Qarabağ”

Baş hakim: İvan Kruzlyak (Slovakiya)

“Todor Proeski” stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade

“Şkendiya”: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B.İbraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi

***

Matç başladı.

***

18-ci dəqiqədə “Qarabağ” hesabı  açdı. Toral Bayramov penaltidən fərqlənir.

***

İlk hissə “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatdı.

***

İkinci hissə başladı.

****

Qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatdı. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
9
qafqazinfo.az

10Mənbələr