AZ

Əfsanəvi rokçunun ölümünün rəsmi səbəbi açıqlanıb

22 iyul 2025-ci ildə dünyasını dəyişən əfsanəvi rok musiqiçisi, Black Sabbath qrupunun lideri Ozzi Osbournenin ölüm səbəbi məlum olub.

Poliqon Britaniyanın The Sun nəşrinə istinadən xəbər verir ki, ifaçının rəsmi ölüm şəhadətnaməsində "kəskin miokard infarktı" və "xəstəxanadan kənar infarkt" göstərilir.

Osbournenin ölüm səbəbi koronar ürək xəstəliyi və vegetativ disfunksiya ilə Parkinson xəstəliyi olaraq təyin olunub.

"Sənəddə onun peşəsi "rok əfsanəsi, mahnı müəllifi və ifaçı" kimi təsvir edili ki, bu da Ozziyə hörmətin təsirli jestidir", - materialda deyilir.

Ozzinin faciəvi ölümü Birmingemdə pərəstişkarları üçün keçirilən vida konsertindən cəmi bir neçə həftə sonra baş verib. Osbourne orda beş mahnı ifa edib.

Dünya rokunun əfsanəsi iyulun 22-də ailəsinin əhatəsində dünyasını dəyişib. İyulun 30-da Birmingemdə onunla vida mərasimi keçirilib. Sənətçini yola salmağa başqa musiqiçilər və minlərlə pərəstişkarı gəlib.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr