"Football-plus.az" xəbər verir ki, mütəxəssis Bakıdakı cavab görüşündə yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədi. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk. Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başa-baş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar. Oyunda fərqlənmək üçün bir neçə şansımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdi".
Xatırladaq ki, cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.