Yazını böyüt
Yazını kiçilt
İran parlamentinin Bəndər-Abbas şəhərindən olan millət vəkili Fatimə Cərarə və Şirvan şəhərindən olan deputat Abbas Qüdrəti ailə həyatı qurublar.
Hafta.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Qüdrəti parlament üzvü seçilənə qədər işsiz olub. Məlumata görə, 12-ci çağırış parlament üzvləri olan bu cütlük həm siyasi, həm də şəxsi həyatlarını birləşdirərək İran parlamenti tarixində ilk dəfə belə bir addım atıblar.