AZ

UEFA əmsallar cədvəli: Qarabağ ın qələbəsi Ukrayna ilə Azərbaycan arasındakı xal fərqini azaltdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"nı məğlub edən "Qarabağ" Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyini möhkəmlədib.

Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 19.000 xal olan ölkəmiz 28-ci sırada qərarlaşıb.

Beləliklə, təsnifat mərhələsinin ilk oyununda qələbə qazanan "Qarabağ" Azərbaycanın aktivinə 0.250 xal yazdırıb.

Bu il aktivini 1.875 xal artıran ölkəmiz hazırda 27-ci yerdə olan Ukraynadan 0.225 xal geri qalır, məlum səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pillədədir.

UEFA əmsallar cədvəlinə 90.839 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, təmsilçilərimizdən "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Yunanıstanın "Omoniya" klubu ilə avqust ayının 7-də, "Sabah" klubu isə Bolqarıstanın "Levski Sofiya" klubu ilə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" "Şkendiya" ilə cavab matçına avqust ayının 12-də Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
oxu.az

2Mənbələr