Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsi prosesinə qoşulur. Bu barədə Avazada hər iki ölkənin nümayəndələri arasında işçi görüşü keçirilib. “QazaqGaz MŞ” SC-nin rəsmi açıqlamasında deyilir ki, görüşdə Türkmənistan tərəfini Baş nazirin müavini Batır Amanov və Prezidentin neft və qaz məsələləri üzrə müşaviri Aşirqulu Beqliyev təmsil ediblər. Görüşdə xarici investorun cəlb edilməsi ilə Qazaxıstan Respublikasının Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsində mümkün iştirakı müzakirə olunub.
Mətləb Salahov