AZ

“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi

“Qarabağ”ın transfer siyahısında yer alan hücumçulardan daha biri Azərbaycana gələsi olmayıb.

Sportinfo.az xəbər verir ki, apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsveçrədə - “Aaurau”da oynayan Yannik Tureni heyətinə qatmaq istəyib.

Lakin 24 yaşlı forvard Xorvatiyanın “Osiyek” klubuna keçməyə üstünlük verib.

Seneqal əsilli isveçrəli “ağ-mavilər"lə 3 illik müqavilə imzalayıb.

Hücumçu “Yanq Boyz”, “Vill 1900” və “Tun”da çıxış edib.

Seçilən
7
1
sportinfo.az

3Mənbələr