AZ

"Azər komissiyanın rədd cavabından sonra çökdü"

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsində qonaq olub.

Publika.az axşam.az-a istinadən bildirir ki, o, Azərlə sosial mediada tanış olduqlarını bildirib:

"Azərlə sosial mediada tanış olduq. Tviterdə müəyyən statuslar paylaşırdıq. Daha sonra digər sosial şəbəkələrdən mənə dostluq atdı. Amma elə də əlaqəmiz yox idi. Bir sərgi var idi. Soruşdu ki, "siz də buraya gedəcəksiniz". Onda dəvətlər olanda sosial şəbəkədə kimlər gedir göstərirdi. Cavab verdim ki, "olacağam". Həmin gün onun rayonda çəkilişləri var idi. İcazə almışdı ki, axşam sərgiyə gəlsin. İlk real tanışlığımız belə oldu. Başladı mənə davamlı yazmağa. Aramızda elə bir şey olmadı ki, bəyənirsən, evlənək? Həyat bizi birləşdirdi. Çox oxşayırdıq.

Qızımızın adını qoyanda 2 ad arasında qalmışdıq. Züleyxa adı hər ikimizin nəslində yox idi. Elə ad istəyirdik ki, həm xarixi ölklərdə və vətənimizdə tanınan olsun. İlk siyahıya baxanda o da mənimlə razılaşdı.

Nigar vurğulayıb ki, onlar tanış olanda Azər xəstəliyi haqqında ona danışıb:

"Tanış olanda demişdi ki, 10 il əvvəl müalicə üçün İranda olunub. Uzun müddət müalicə ilə yaşadı, promlemi yox idi. Ailə qurandan 1 il sonra xəstəlik ciddiləşdi. Anası onun üçün ən yaxşısını edir, hər şeyinə diqqət edirdi. Amma siqaret çəkirdi. Ziyanı çox idi, az idi, bilmirəm. Amma hər dəfə söz verirdi ki, gələn aydan çəkməyəcək. Ola bilər laqeyid yanaşırdı, amma yaxşı bilirdi ki, özünə yaxşı baxmalıdır. Ona deyirdim ki, "bilirsən ki, nə çətinliklərdən keçmisən, bizim bir qızımız var". Son illərdə böyük bir stresi də olmayıb. Hətta qızı olmağını istəyirdi. Deyərdim ki, ən gözəl iləri idi".

Seçilən
21
12
publika.az

10Mənbələr