Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu vəzifəyə ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.
Əvvəlki Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.
1-ci Ordu Komandanı General Metin Tokel isə Quru Qoşunları Komandanı təyin edilib.
Eyni zamanda, 32 general və admirala daha bir üst rütbə, 61 polkovnikə isə general ve admiral rütbələri verilib.