AZ

Trampın Rusiyanın ABŞ-a uran və gübrə idxalından xəbəri yox imiş

ABŞ prezidenti Donald Tramp Rusiyadan ABŞ-a uran və gübrə idxalından xəbərsiz olduğunu, Ağ Evin tarifləri qaldıracağı ilə hədələməsindən sonra Hindistan tərəfinin bu haqda danışdığını deyib...

Poliqon xəbər verir ki, çıxışın səsyazısı ABŞ administrasiyasının YouTube kanalında dərc olunub.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında "Bu barədə heç nə bilmirəm. Yoxlamalıyam və biz bu məsələyə qayıdacağıq" deyib.

Avqustun 4-də Tramp Hindistanı Rusiya neftini almaqla Ukrayna ilə münaqişədə Rusiya qoşunlarını maliyyələşdirməkdə ittiham edib. Amerika liderinin təhdidlərinə cavab olaraq Baş nazir Narendra Modi Rusiya neftini almağa davam edəcəyini və Hindistana fayda verə biləcək hər şeyi edəcəyini açıq şəkildə bildirdi. 

Həmin gün Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib ki, ABŞ özü Rusiyadan xammal və gübrə almağa davam edir, ona görə də onun Hindistana qarşı hərəkətləri əsassızdır.

Poliqon.info 

Seçilən
40
poliqon.info

1Mənbələr