UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başa çatıb.
Bizim.Media xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta