AZ

Litva NATO-dan ərazisinə dron əleyhinə sistemlər yerləşdirməyi xahiş edir

Litvanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Mark Rutteyə ölkədə dron əleyhinə əlavə vasitələrin yerləşdirilməsi xahişi ilə birgə məktub göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dovila Şakalene bildirib.

"Biz eksperimental sistemlər olsa belə, əlavə dron əleyhinə vasitələr xahiş edirik. Biz onları dəyişən şəraitdə sınaqdan keçirməyə hazırıq", - o deyib.

Sorğu iyul ayında baş verən insidentlərdən sonra göndərilib: Belarusdan göndərilən iki pilotsuz təyyarə Litva sərhədini keçib. Onlardan birinin - Rusiya istehsalı olan "Gerbera"nın döyüş qabiliyyəti yox idi. İkinci pilotsuz təyyarə 2 kq. partlayıcı ilə təchiz edilib. Hər iki qurğu insidentsiz Litva ərazisinə düşüb.

Seçilən
7
7
report.az

8Mənbələr