AZ

İsrailli mühacirlər Fələstində Rusiyanın missiya maşınına hücum edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qurumun internet saytında dərc etdiyi açıqlamaya görə, İsrailin qeyri-qanuni məskunlaşdığı ərazidə Rusiyanın Fələstin Milli Administrasiyasındakı (FNA) nümayəndəliyinə məxsus rəsmi avtomobilə hücum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Diplomatın sözlərinə görə, insident Yerusəlim yaxınlığındakı Givat Assaf qəsəbəsində baş verib. Hücum edənlər bir qrup sakin olub. Hücum nəticəsində avtomobilə mexaniki ziyan dəyib. Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, köçkünlər rus diplomatlarına qarşı hədələr də ediblər.

Seçilən
1
1
operativmm.az

2Mənbələr