KƏLBƏCƏR, 5 avqust. TELEQRAF
Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddət artıq hərbi qulluqçu kimi xidmət edir.
E. Tanrıverdiyev Goranboy rayon sakinidir.