AZ

"Qarabağ" "Şkendiya" ilə oyunda hesabı açdı - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

22:00

XXX

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.

"Unikal" xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.

Seçilən
23
unikal.az

1Mənbələr