AZ

Fransanın cənubunda güclü meşə yanğını başlayıb

Fransanın cənubunda Ribot şəhərinin yaxınlığında güclü meşə yanğını başlayıb.

Bakues.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə xeyli qüvvələr səfərbər edilib.

Hadisə yerinə 430-dan çox yanğınsöndürən gedib.

Yanğın söndürülməsi səbəbindən ərazidə bütün yollar bağlanıb.

Məlumata görə, baş verən hadisə meşə yanğınları üçün ən yüksək (qırmızı) xəbərdarlıq səviyyəsində açıqlanıb.

Seçilən
8
1
icma.az

2Mənbələr