AZ

Taxılçılıqda seleksiya yanaşması dəyişir - ŞƏRH

Azərbaycanda bu il 986 min hektar sahədə taxıl əkini aparılıb və bu sahələrin 60 faizinə yaxın hissəsində yerli sortlardan istifadə olunub. Bu fakt, aqrar sektorda milli tədqiqat qurumlarının potensialına artan etimadın, eyni zamanda aqrar sahənin innovativ yanaşmalara olan ehtiyacının açıq göstəricisidir. Kənd Təsərrüfatı Nazirliyinin Əninətik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılan yeni sortların istifadə dairəsinin bu səviyyəyə qalxması aqrar sırayın daxili imkanlara sütunlanması baxımından strateji nailiyyət kimi qiymətləndirilə bilər.

Qlobal iqlim dəyişikliyinin, su resurslarının azalmasının və aqrar istehsalda dayanaqlı texnologiyalara olan tələbin artmasının fonunda, taxılçılıq kimi əsas qida sektorunun davamlılığı ölkələrin iqtisadi təhlüksizliyi baxımından həlledicidir. Bu mənada yerli iqlim-ərazi şəraitinə adaptasiya olunmuş toxum sortlarının istifadəsi təkcə aqrar sektorun deyil, eyni zamanda daxili bazarın sabitliyi, idxal asılılığın azaldılması və uzunmüdətli iqtisadi dəyərlərin qorunması baxımından da kritik rol oynayır. Xüsusilə suvarma resurslarının məhdud olduğu yerlərdə bu adaptiv sortların istifadəsi iqtisadi cəhətdən daha səmərəlidir, çünki daha az resursla daha çox məhsul almaq imkanı yaradır.

ETİ-nin seleksiya istiqamətində klassik yanaşmalardan daha sürətli texnologiyalara keçid niyyəti aqrar elmdə praktiki innovasiyalara ehtiyac olduğunu təsdiqləyir. Yeni texnologiyalarla bir ildə 6 nəsil almaq bacarığı əvvəlki 15 illik sort yaradılması prosesini 5-6 ilə dəyişdirməyi mümkün edir ki, bu da sənaye miqyaslı istehsal tələbatlarının qarşılanmasına daha çevik cavab verilə biləcəyi anlamına gəlir. Tədbiq olunacaq bu seleksiya modelləri təkcə elm təşkilatlarının effektivliyini deyil, bütün aqrar sistemin bazar oriyentasiyasını artıracaq. Aqrar bazarda keyfiyyətli toxumun rolu məhsuldarlıqla yanaşı, qiymət sabitləşməsi və istehsal tsiklinin optimallaşdırılması baxımından da vacib elementdir.

Tərəqqi istiqamətində nəzarə alınması vacib olan məqam isə seleksiya texnologiyalarının şəffaf və davamlı maliyyələnmə kanallaryla dəstəklənməsidir. Bazar tələbatına cavab verən, aqroekoloji sabitliliyi qoruyan toxum sortlarının yaradılması elmi-tədqiqat potensialının iqtisadi faydaya çevrilmə potensialı kimi qiymətləndirilməlidir. Yerləşədiyimiz regionun quraqlıq, torpaq deqradasiyası və ərzaq riskləri baxımından həssas olması bu sahədə tədbiq edilən texnologiyaların iqtisadiyyatın daha genş sektorlarına da dolayı təsir göstərə biləcəyini göstərir.

Taxılçılıqda yerli sortlara keçid eyni zamanda idxaldan asılılığı azaltmaqla valyuta axınlarının ölkə daxilində qalmasını təmin edir, fermerlərin toxum qiymətləri baxımından daha əlverişli alternativlərlə təmin olunmasına imkan yaradır. Bu yanaşma, aqrar sahənin milli iqtisadiyyatda dayaq sektorlarından birinə çevrilməsi istiqamətində praktiki nəticələr vəd edir. Sürətli seleksiya yanaşmasının ən vacib təsiri isə innovativ elm-məhsul istehsalı zəncirinin qurulmasına təkan verməsidir ki, bu da aqrar elmin iqtisadiyyata inteqrasiyası baxımından sistemli təkmilləşmə şəraiti yarada bilər.

Seçilən
17
aznews.az

1Mənbələr