“Şkendiya” - “Qarabağ” oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim 41 yaşlı İvan Krujlyakdı.
2012-ci ildə beynəlxalq səviyyəli oyunlarda görünməyə başlayan Krujlyakın indiyə qədər klublarımız yox, əsas yığma ilə yolu kəsişib. Məhz onun idarə etdiyi, 2021-ci il martın 27-də Macarıstanın Debretsen şəhərində keçirilən oyunda Qətərə 1:2 hesabıyla uduzmuşuq.
Krujlyaka bugünkü oyunda Branislav Hançko və Yan Pozor yardım edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta