AZ

"Mançester Yunayted" Harri Maquayr ilə bağlı qərarını verdi

İngiltərənin "Mançester Yunayted" klubu təcrübəli mərkəz müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı daxil olan bir neçə təklifi geri çevirib.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən yaydığı məlumata görə, Premyer Liqanın üç və İtaliya A Seriyasının iki klubu 32 yaşlı futbolçunun keçidi ilə bağlı rəsmi təklif irəli sürsə də, "qırmızı şeytanlar" onların heç birini qəbul etməyib

. Klub rəhbərliyi Maquayrla mövcud müqaviləni uzatmaq niyyətindədir. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatır. Danışıqlar hələ başlamasa da, tərəflərin əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu bildirilir.

Xatırladaq ki, Harri Maquayr 2019-cu ilin yayında "Lester Siti"dən "Mançester Yunayted"ə transfer olunub. O vaxtdan bəri bütün turnirlər daxilində 246 oyunda iştirak edən futbolçu 15 qol və 8 assistlə yadda qalıb.

Transfermarkt portalının hesablamalarına əsasən, Maquayrın hazırda bazar dəyəri 13 milyon avro təşkil edir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr