AZ

Suriya və Türkiyə müştərək işgüzar şura yaradıb

Ankara və Dəməşq Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində Suriya-Türkiyə İşgüzar Şurasının yaradıldığını elan edib, həmçinin 10 əməkdaşlıq sazişi imzalayıblar.

Aznews.az Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Nidal əş-Şaar və Türkiyənin ticarət naziri Ömər Bolatın birgə bəyanatında bildirilib.

“Xarici İqtisadi Əlaqələr Şurası hər iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, - bəyanatda deyilir.

Tərəflər Suriya gömrük məntəqələrinin və infrastrukturunun gücləndirilməsi, sərhəd prosedurlarının təkmilləşdirilməsi və gömrük orqanları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi üçün birgə işləmək barədə razılığa gəliblər.

Seçilən
20
7
aznews.az

10Mənbələr