Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, klubların avrokubok matçlarına görə bu qərar verilib. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.
"Fənərbaxça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşehir" matçları təyin olunmuş vaxtda keçirilməyəcək. Oyunların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib. Dördpendirli pizza
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.
Telegram kanalımız