Bakı.Trend:
Bu ilin birinci yarısında Azərbaycan ümumilikdə 602 min 255 tonbuğda idxal edib ki, bu da ölkənin ərzaq təhlükəsizliyi üçün mühümgöstəricidir. Buğdanın idxal dəyəri isə 130 milyon 661 min ABŞdolları təşkil edib ki, bu da ölkənin bu sahəyə ciddi maliyyəresursları ayırdığını göstərir. Eyni zamanda, Azərbaycanda buğdaidxalı 56% artıb. Həmçinin, hər il kənd təsərrüfatına yatırılaninvestisiyalar artmasına baxmayaraq, xaricdən idxal edilənməhsullar da artır. Belə böyük həcmdə idxal isə həm daxili bazarıntələbatını ödəmək, həm də ərzaq təminatını stabilləşdirmək məqsədidaşıyır.
Bəs, bu artımın əsas amillərihansılardır?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Kənd TəsərrüfatıNazirliyindən bildirilib ki, məhsuldarlığın artırılması üçünkeyfiyyətli toxumlardan istifadənin, düzgün aqrotexniki qulluğunvacibliyi təbliğ və təşviq olunur.
Qeyd edək ki, mövcud göstəricilər ötən ilin eyni dövrü iləmüqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımındanisə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Məlumat üçün bildirək ki, ötən il yanvar-iyun aylarında isəAzərbaycana buğda idxalı 102 milyon 620 min ABŞ dolları dəyərində460 min 645 ton olub.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir RzayevTrend-əaçıqlamasında qeyd edib ki, buğda idxalının artması müəyyənsəbəblərlə əlaqələndirilə bilər:
“Ölkədə təbii şəraitin əlverişli olmaması, istilərinkəskinləşməsi və təbii fəlakətlər buğda istehsalının aşağıolmasının əsas səbəblərindəndir. Bununla belə, Azərbaycanda dahaçox ərzaqlıq buğda xaricdən idxal edilir ki, bu da təbiidir, çünkibuğda rentabelli məhsul sayılmır. Ölkədə təxminən 1 milyon hektarsahə dənli-paxlalı bitkilər üçün ayrılıb, lakin qeyd olunansəbəblərdən buğdanın məhsuldarlığı yüksək deyil. Qarşıya qoyulanəsas məqsəd sahələrin genişləndirilməsi deyil, məhsuldarlığınartırılmasıdır”.
Komitə sədri qeyd edib ki, mütləq məhsuldarlıqartırılmalıdır:
“Suvarma texnologiyasına ciddi əməl olunmalıdır. Çünki ölkəmizdəbuğda əsasən dəmyə sahələrdə yetişdirilir və bu sahələrdəməhsuldarlıq yüksək ola bilməz. Bunun səbəbi isə həmin sahələrinancaq təbii imkanlar hesabına suvarılmasıdır. İri təsərrüfatlar vəşirkətlər yaradılmalıdır ki, bilavasitə buğda istehsalı ilə məşğulolsun və məhsuldarlıq artırılsın. Əlbəttə, investisiyalarınartırılması müsbət haldır və bundan iri şirkətlər də faydalanırlar.Digər tərəfdən, buğda istehsalında müəyyən qədər məhsuldarlığınaşağı düşməsində kiçik təsərrüfatların rolu çox məhduddur. Çünkipay sahibləri 2-3 hektar ərazidə taxıl əkirlər və bu, məhsuldarlıqüçün o qədər də əlverişli deyil. Hesab edirəm ki, sahibkarlar öztəsərrüfatlarını birləşdirməli, daha böyük sahələrdə buğda əkininihəyata keçirməlidirlər. Bu, suvarmadan və texnikadan səmərəliistifadə olunması, həmçinin yığımın sürətlənməsi baxımındanəlverişli ola bilər. Bu istiqamətdə işlər gedir və qarşıya qoyulanməsələlər çox mühümdür. Ölkə öz ərzaq təminatını təmin etməlidir vəərzaqlıq buğdaya olan tələbat bir neçə ildən sonra tam yerinəyetiriləcək”.
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli isə Trend-ə bildirib ki,ölkədə ciddi problemlərdən biri ərzaq buğdası ilə bağlıdır:
“Ölkədə istehlak olunan ərzaqlıq buğdanın təxminən 40%-i yerliistehsal, 60%-i isə idxal hesabına təmin olunur. Buğda əsasənRusiyadan, az bir hissəsi isə Qazaxıstandan idxal edilir”.
“Buğda idxalının artımını həmişə sentyabr-dekabr aylarındagörürdük. Çünki bu, Rusiyada yeni biçin mövsümünün başa çatmasındansonrakı dövrə təsadüf edirdi. Lakin hiss olunur ki, bu ilinəvvəlindən idxalın həcmi artıb. Bu il daxili istehsalın azalacağıgözlənilmir, çünki hava şəraiti taxılçılıq üçün əlverişli olub.Hətta rəsmi açıqlamalardan məhsuldarlığın yüksək olduğu görünür.İnsanların qidalanma rasionundakı dəyişikliklər istehlakın ilbəilazalacağını göstərir. Bu, cüzi olsa da mövcuddur. İldə təxminən 1milyon – 1 milyon 100 min ton taxıl idxal edirik və yenə də təxminedirəm ki, həmin həcmdə idxal davam edəcək. Yəqin ki, ilin ikinciyarısında idxal azalmağa başlayacaq. Yəni, ərzaq təhlükəsizliyi iləbağlı risk mövcud deyil”, - ekspert əlavə edib.