AZ

"Turan Tovuz" Mərakeş klubuna məğlub oldu

"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.

Operativ Media xəbər verir ki, Mərakeş təmsilçisi "Vidad"la oyunun ilk hissəsində qol vurulmayıb. Baş məşqçi Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. "Turan Tovuz" 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, Türkiyə toplanışını başa vuran "bozqurdlar" sabah Vətənə dönəcək.

Seçilən
35
4
operativmedia.az

7Mənbələr