Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar avqustun 5-də yerli vaxtla saat 18:44-də (Bakı vaxtı ilə 16:44) baş verib. Zəlzələnin maqnitudası 5,1 bal təşkil edib. Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Bazar-Korqon şəhərindən 33 kilometr şimal-qərbdə yerləşib.

Hadisə nəticəsində həlak olanlar və ya ciddi infrastruktur ziyanı ilə bağlı hər hansı məlumat verilməyib.