Qaynarinfo-nun əldə etdiyi məlumata görə, D.B. barəsində Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə açılmış cinayət işi məhkəmədə araşdırılıb.
Məlumata əsasən, D.B. 2023-cü ildə "Greencard" lotereyasında qalib gələrək 2024-cü ilin martında ABŞ-a köçüb və orada yaşamağa başlayıb. Bu il doğum gününü Bakıda qeyd etmək məqsədilə təyyarə ilə Azərbaycana qayıdıb. O, özü ilə birlikdə 1382 qutu, ümumilikdə 41.460 manat dəyərində siqaret də gətirib. Siqaretlər ABŞ-da yaşadığı ərazidən alınıb və iki ədəd çemodana yerləşdirilib.
D.B. Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, barəsində cinayət işi açılıb və 1382 qutu siqaret müsadirə olunub.
İfadəsində D.B siqaretlərin ABŞ-da xeyli ucuz olduğunu və bu səbəbdən onları Bakıya gətirməklə maddi cəhətdən qazanclı çıxacağını düşündüyünü bildirib. O, törətdiyi əməldən peşman olduğunu da qeyd edib.
Məhkəmənin hökmü ilə D.B. tütün məmulatlarının satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
4Mənbələr
-
demokrat.az"Greencard" udub ABŞ-a köçdü — Bakıya 41 min manatlıq siqaret gətirdiyi üçün saxlanıldı ( 20051556)
-
nocomment.az“Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı ( 20017083)
-
tribunainfo.az“Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı ( 20012538)
-
qaynarinfo.azGreencard udub ABŞ a köçdü Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı ( 20011326)