AZ

Asəf Hacıyev: Azərbaycan, Gürcüstan və Türkiyə QDİƏT-də xüsusi rola malikdir

Tbilisi, 5 avqust, AZƏRTAC

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Asəf Hacıyev Azərbaycan, Gürcüstan və Türkiyənin QDİƏT-də xüsusi rolunu qeyd edib və üç ölkə arasında gələcək səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə QDİƏT-in Baş Assambleyasının bu ilin noyabrında Bolqarıstanda keçiriləcək sessiyasına hazırlıq məsələsi də müzakirə olunub.

Bildirilib ki, sessiyada quruma sədrlik Bolqarıstandan Gürcüstana keçəcək. Gürcüstan parlamentinin sədri isə QDİƏT-in sədri olacaq.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan QDİƏT-də sədrliyi böyük məsuliyyətlə üzərinə götürəcək və Parlament Assambleyasının fəaliyyətinə aktiv şəkildə rəhbərlik edəcək.

Görüşdə, həmçinin Qara dəniz regionunda Orta Dəhlizin potensialının reallaşmasına töhfə verəcək sülh və sabitliyin vacibliyi qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
63
2
azertag.az

3Mənbələr