AZ

İyul ayında havanın temperaturu NORMADAN YUXARI OLUB

2025-ci ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-5.3 dərəcə), 4 gün isə normadan aşağı (0.2-2.4 dərəcə) olub.

Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

İyul ayının orta aylıq temperaturu 28.0 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yüksəkdir.

Onun sözlərinə görə iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.

Seçilən
13
18
publika.az

10Mənbələr